Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Saatlıda rayon ictimaiyyətinin nümayəndələri və fermerlərlə görüşüb

03 dekabr 2019 | 16:00

03 dekabr 2019 – cu il tarixdə Saatlı rayon İcra hakimiyyətində Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyevin iştirakı ilə seminar-müşavirə keçirildi Seminar müşavirədə RİH başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, rayon Dövlət Aqrar Inkişaf Mərkəzinin əməkdaşları və digər kənd təsərrüfatı işçiləri iştirak etdi.
Seminar-müşavirədə “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq rayonda görülən işlər, həmçinin mövcud problemlər dinlənildi.

Keçidlər