Şriftin ölçüsü :

Saytın rəngi :

Əlisoltanlı kəndində səyyar qəbul keçirilib

18 sentyabr 2019 | 16:00

Sentyabrın 17 -də Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Əlisoltanlı kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.

  Görüşü Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyev iştirak etdi.

   Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıda duran digər vəzifələrdən danışmış, kənd sakinlərinin müraciətləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Keçidlər