Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Saatlı şəhərində ümumrayon tədbiri keçirildi.

07 may 2019 | 16:00

07 may 2019-cu il tarixdə  Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Saatlı şəhər Heydər Əliyev meydanında ümumrayon tədbiri keçirildi. Tədbirdə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyuldu, Heydər Əliyev Mərkəzi ziyarət edilərək Ulu öndərin həyat fəaliyyətinə həsr olunmuş film nümayiş olundu. Daha sonra məktəbli şagirdlərin əl işlərindən ibarət sərgi və öz fəaliyyət dərnəklərinin iştirakı ilə konsert proqramı təşkil olundu. Bundan əlavə  Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş müsabiqə qalibləri mükafatlandırıldı.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivlərindən, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən, bələdiyyə və ictimaiyyətin nümayəndələrindən,  ümumilikdə 4000 nəfər iştirak etdi.

Keçidlər