Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə bayram tədbiri təşkil olundu

26 dekabr 2018 | 16:00

26 dekabr 2018-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il”  münasibətilə bayram tədbiri təşkil olundu. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Siraqəddin Cabbarov çıxış edərək bütün rayon sakinlərini “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik etdi. Rayonun ənənəvi olaraq hər il olduğu kimi bu ildə pambıq yığımında yüksək məhsuldarlıq əldə etdiyini, zəhmətkeş insanların bu sahədə olan əməyini qiymətləndirdiyini bildirərək rayonun iqtisadi-mədəni həyatında fəallıq göstərmiş şəxslərə Fəxri Fərmanlar, mükafatlar təqdim etdi. Tədbir daha sonra rayon Mədəniyyət Mərkəzinin “Muğan” instrumental ansanbılının müşaiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Elnarə Abdullayevanın, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının əməkdar artisti Babək Niftəliyevin, Azərbaycan Respublikasının əməkdar artisti Zakir Əliyevin, xanədəndə Abgül Mirzəyev, Zenfira İbrahimova, rayon “bülbül” adına Uşaq Musiqi məktəbinin müəllimləri, Sədi Muradov və Həsən Həsənovun iştirakı ilə konsert proqramı ilə davam etdirildi.

Keçidlər