Şriftin ölçüsü :

Saytın rəngi :

“Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda konfrans keçirildi

07 dekabr 2018 | 16:00

07 dekabr 2018-ci il tarixdə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi  tərəfindən  “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda konfrans keçirildi.
Konfransda  Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova,  “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru Təranə Məmmədova, psixoloq Könül Cəfərova, kadr hazırlığı şöbəsinin rəhbəri  Aygül Məlikova, Loqosun baş psixo-pedaqoqu Aygün Namazova, loqoped Sevda Məmmədli  çıxış etdilər. Tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin fəaliyyətindən, gördüyü işlərdən, əldə etdiyi uğurlardan və ehtiyacı olan uşaq və valideyilərə göstərdikləri xidmətlərdən ətraflı  danışıldı. Tədbirdə 180 nəfər  iştirak etdi.
Tədbirdən sonra“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi nin  mütəxəssisləri tərəfindən ehtiyacı olan uşaqlar  və böyüklər üçün təmənnasız psixoloji və loqopedik xidmətlər göstərildi.

Keçidlər