Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Muğan kəndində səyyar qəbul keçirilib

28 iyun 2018 | 16:00

İyunun 28-də Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Orta Muğan kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər. 

  Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, kənd əhalisi ilə görüşmək , onların problemlərini yerində dinləmək və problemlərin en qısa zamanda həllinə nail olmaq bilavasitə cənab Prezidentin tapşırığıdır.Rayon rəhbəri pambıqçılıq, baramaçılıq sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlu nəticələrdən ətraflı bəhs etmişdir.        

  Tədbirdə kənd sakinlərindən Dadaşov Əlibaba, Cəlalov İsmayıl, Axundov Qadir və başqaları çıxış edərək təklif və mülahizələrini bildirmişlər.           

  Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıda duran digər vəzifələrdən danışmış, kənd sakinlərinin müraciətləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Keçidlər