Şriftin ölçüsü :

Saytın rəngi :

Mircəlal kəndində səyyar qəbul keçirilib

20 iyun 2018 | 16:00

Iyunun 20-də Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Mircəlal kəndində səyyar qəbul   keçirmişdir. Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.

     Tədbirdə Siraqəddin Cabbarov ölkəmizdə və rayonumuzda aparılmış irimiqyaslı quruculuq və abadlıq işlərindən danışmış, eyni zamanda ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün görülmüş və görüləcək işlərdən bəhs etmişdir. Qeyd etmişdir ki pambıqçılıq və baramaçılıq sahələrində irəliləyişə nail olmaq üçün imkanlardan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edilməlidir.

     Tədbirdə kənd sakinlərindən Əhmədov Orucəli, Muradov Adıgözəl, Şahbazov Rizvan və başqaları çıxış edərək təklif və mülahizələrini bildirmişlər.
     Rayon İcra Hakimiyyətinin başçısı yekunda aidiyyatı qurumların rəhbərlərinə tapşırıq vermişdir.

Keçidlər