Şriftin ölçüsü :

Saytın rəngi :

Soltanabad kəndində səyyar qəbul keçirilib

20 iyun 2018 | 16:00

İyunun 20-də Soltanabad kənd İbtidai məktəbin binasında rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Soltanabad kəndinin sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.

     Görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq tədbir iştirakçılarını salamlamış, ölkəmizdə və rayonumuzda görülmüş abadlıq-quruculuq işləri barədə geniş məlumat vermişdir. Rayon rəhbəri eyni zamanda aqrar sahədə, o cümlədən pambıqçılıqda və baramaçılıqda görülmüş işlərdən də ətraflı bəhs etmişdir. Qeyd etmişdir ki, pambıqçılıqda becərmə işləri kompleks şəkildə, aqrotexniki qaydalar əsasında görülməlidir.
Rayon rəhbəri Sirqəddin Cabbarov baramaçılıqdan danışarkən vurğulamışdır ki, baramaçılığı rayonun ənənəvi sahəsinə çevirmək üçün bütün lazımi şəraitlər yaradılıb.

     Tədbirdə Soltanabad kənd sakinləri Ağayev Elşən , Məmmədov Əli, Piriyev İmran və digər kənd sakinləri dinlənilmişdir.

     Rayon rəhbəri Siraqəddin Cabbarov tədbiri yekunlaşdıraraq problemlərin araşdırılması və həlli ilə bağlı rayonun əlaqədar təşkilat rəhbərlərinin, kənd icra nümayəndələrinin və bələdiyyələrin qarşısında duran  vəzifələrdən danışmış, aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Keçidlər