Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Sarıcalar kəndində səyyar qəbul-görüş keçirildi

17 aprel 2018 | 16:00

   17 aprel 2018-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının rayonun Sarıcalar kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri  və kənd sakinləri iştirak etmişdir.
    Rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər  barədə kənd sakinlərinə məlumat verdi.
   Görüş zamanı kənd sakinləri həyətyanı əkin sahələrində yetişdirilən meyvə ağaclarının suvarma suyu ilə təmin olunması üçün köməklik göstərilməsi, yararsız elektrik dayaqlarının yenisi ilə dəyişdirilməsinə köməklik göstərilməsi və s problemlərlə bağlı müraciətlər etdilər. Məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi. Bir sıra məsələlər isə yerində həll olundu.
   Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər