Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “20 Yanvar” faciəsinin iyirmi səkkizinci ildönümü keçirilmişdir

20 yanvar 2018 | 16:00

20 yanvar 2018-ci il tarixdə saat 10:00-da rayonun Şəhidlər abidə kompleksinin önündə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri olmaqla  5000 nəfər əhali iştirakı etmişdir. Tədbir iştirakçıları 20 yanvar şəhidlərinin, eləcə də Azərbaycan torpaqlarının müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin müqəddəs xatirəsini yad etmiş, abidə kompleksi önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

 

 

 

Keçidlər