Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar müşavirə keçirildi

13 sentyabr 2017 | 16:00
   13 sentyabr  2017-ci  il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin inzibati binasının  iclas zalında bələdiyyə  sədrləri və  qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodik kömək göstərilməsi məqsədilə İmişli regional Ədliyyə idarəsi və Bələdiyyələrlə iş mərkəzi tərəfindən seminar müşavirə keçirilmişdir.  Seminarda  Bələdiyyə  üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, Bələdiyyə əmlakının qəbulu və icrası, Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın  təşkili, bələdiyyə  qulluğuna  qəbulun  xüsusiyyətləri,  nağdsız  hesablaşmalar  və  onların  məqsədi,  Bələdiyyə torpaqlarının  idarə  edilməsinin  əsasları,  bələdiyyə  torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verildi.
 

 

 

 

 

 

Keçidlər