Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarov rayonun "Birlik" komandasını qəbul etmişdir

08 avqust 2017 | 16:00

     Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov 08 avqust 2017-ci il tarixdə rayonun Əlisoltanlı kənd tam orta məktəbinin "Birlik" komandasını qəbul etmişdir. Qəbul zamanı "Xəmsə" Milli İntellektual Oyunlarının 30 iyul 2017-ci il tarixdə keçirilən final turunda qalib olmuş məktəb komandasının uğurları təqdirəlayiq hesab edilmiş və komanda üzvləri bu münasibətlə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Diplom və komandanın rəhbəri 300 manat, komandanın digər altı üzvü isə ayrı-ayrılıqda 200 manat olmaqla pul mükafatına layiq görülmüşlər. 

 

Keçidlər